Şrift:
Qazaxda “Sözün Məmməd Araz dünyası” adlı ədəbi-bədii gecə təşkil edilib
11.10.2018 [10:59] - Mədəniyyət
Qazax rayon Mərkəzləşmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanasının oxu zalında Xalq şairi Məmməd Arazın anadan olmasının 85 illiyinə həsr olunmuş “Sözün Məmməd Araz dünyası” adlı ədəbi-bədii gecə keçirilib.

MKS- nin direktoru Solmaz Babanlı Xalq şairi Məmməd Arazın şərəfli ömür yolu haqqında məlumat verib: “Məmməd Araz Azərbaycan milli ədəbiyyatının inkişafında böyük xidmətləri olan istiqlal şairidir. Onun zəngin yaradıcılığını gənc nəslə tanıtmaq ən müqəddəs borcumuzdur”.

Kitabxananın şöbə müdiri Fatma Hüseynovanın “Sözün Məmməd Araz dünyası” mövzusunda məruzəsi dinlənilib. Məruzədə keşməkeşli və şərəfli, bütövlükdə Vətənə və sənətə həsr olunmuş əsl şair –vətəndaş ömrü yaşamış Xalq şairi Məmməd Arazın Azərbaycan ədəbiyyatında çoxcəhətli və zəngin ədəbi irsə malik söz ustadı olduğu bildirilib.

Tədbirdə Bakı Dövlət Universitetinin Qazax filialının və rayon məktəblilərinin ifasında şairin şeirləri səsləndirilib və sözlərinə yazılmış mahnıları ifa edilib.
Bu xəbər oxucular tərəfindən 24 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed