Şrift:
Yaponiyanın şimalında 4,6 bal gücündə zəlzələ olub
12.10.2018 [10:26] - Hadisə
Oktyabrın 12-də Yaponiyanın şimalında 4,6 bal gücündə zəlzələ baş verib.

AZƏRTAC Yaponiya Milli Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, zəlzələnin episentri Hokkaydo prefekturasında, ocağı 30 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilsə də, bir neçə dəqiqə sonra ləğv olunub.

Xatırladaq ki, ötən ay Hokkaydo adasında baş vermiş 6,7 bal gücündə zəlzələ nəticəsində 44 nəfər həlak olub, 650 nəfər isə xəsarət alıb.

Vüqar Ağayev
Bu xəbər oxucular tərəfindən 21 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed