Şrift:
“Azərbaycan xalq mahnıları” festivalı çərçivəsində növbəti konsert keçirilib
12.10.2018 [10:28] - Mədəniyyət
Oktyabrın 11-də Beynəlxalq Muğam Mərkəzində “Azərbaycan xalq mahnıları” festivalı çərçivəsində növbəti konsert keçirilib.

Layihə Azərbaycan Televiziyası və “Mədəniyyət” kanalının birgə təşkilatçılığı ilə reallaşıb.

Festivalda tarzən, Xalq artisti Ramiz Quliyev, pianoçu Nizami Əliyev, pianoçu Leyla Əliyeva və qarmonda Seymur Həsənov xalq mahnılarını yeni aranjemanda səsləndiriblər.

Konsert tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Xatırladaq ki, oktyabrın 8-dən başlanan festival ayın 12-də yekunlaşacaq.
Bu xəbər oxucular tərəfindən 495 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed