Şrift:
Dünyanın ən böyük hava limanından Bakıya ilk reysin TARİXİ
12.10.2018 [10:30] - Gündəm, İqtisadiyyat
İstanbulun yeni hava limanından Bakıya ilk reys 2018-ci il noyabrın 1-i yerli vaxtla saat 15:55-də həyata keçiriləcək.

Bakıdan geriyə uçuş isə noyabrın 2-si saat 08:53-də baş tutacaq.

İstanbulun yeni hava limanından ilk reys oktyabrın 31-i Ankaraya icra olunacaq.

Bakıya aviabiletlərin satışına isə ötən gündən başlanıb.

Qeyd edək ki, Türkiyədən 282 istiqamətdə uçuşlar həyata keçirilir. Yeni aeroportun istismara verilməsi ilə bu göstərici 350 olacaq. Onu da bildirək ki, İstanbuldakı bu hava limanı dünyada ən böyük hava limanı olaraq qəbul edilib.
Bu xəbər oxucular tərəfindən 36 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed