Şrift:
Almatıda türk dünyasının tədqiqatlarına həsr edilmiş beynəlxalq simpozium keçirilib
13.10.2018 [10:52] - Xəbərlər, Türk dünyası-Turan
Qazaxıstan Dövlət Qadın Pedaqoji Universitetinin təşəbbüsü ilə Almatıda türk dünyasının tədqiqatlarına həsr edilmiş beynəlxalq simpozium keçirilib. Tədbir Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tatarıstan və Başqırdıstandan 300-dən çox alim və eksperti bir araya gətirib.

Simpoziumun keçirilməsində məqsəd türk xalqlarının əməkdaşlığının gücləndirilməsi, dünyada sülhün və əmin-amanlığın təmin edilməsidir.

Simpoziumda “Rəqabət qabiliyyətli mütəxəssis-filoloqların hazırlanmasında Qazaxıstan və dünya təcrübəsi”, “Şüurun müasirləşdirilməsi: ədəbiyyat vasitəsilə milli şüurun təkmilləşdirilməsi”, “Qlobal təhsil sistemi: sosial-humanitar fənlərin yeni tədrisi metodikası”, “Latın qrafikası: tarix, nəzəriyyə və tədris metodikası”, “Türk birliyi: tarix və mədəniyyət”, “Milli və müasir təhsilin inkişafında beynəlxalq tendensiyalar” və “Türkdilli dövlətlərdə gender təhsilinin aktual məsələləri” mövzularında müzakirələr aparılıb.

Tədbirdə Bolonya Prosesi Mərkəzinin direktoru Almagul Kultumanova, Beynəlxalq Türk Akademiyasının eksperti Elmira Kaljanova, Türkiyənin Qazaxıstandakı vitse-konsulu Altay Alper, Türkiyə Universitetinin rektoru Niyde Ömər Halisdemir, professor Muhsin Kar, Bakı Avrasiya Universitetinin rektoru, professor Nazim Hüseynli, Türk Xalqları Mədəniyyəti Fondunun prezidenti, “Türk dünyası” qəzetinin baş redaktoru Ahmet Dagduran, universitetlərin, araşdırma mərkəzlərinin nümayəndələri iştirak ediblər.

Tədbirdə Qazaxıstan prezidentinin təşəbbüsü ilə “Türk dünyasının 100 adamı” və “Türk dünyasının müqəddəs torpaqları” xüsusi layihələri üzrə beynəlxalq səviyyədə tədqiqat aparılması geniş müzakirə olunub.
Bu xəbər oxucular tərəfindən 478 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed