Şrift:
Türkiyə-ABŞ gərginliyinin səbəbkarı - Keşiş Branson azadlığa çıxdı
15.10.2018 [10:16] - Siyasət
Türkiyə ilə ABŞ arasında gərginliyə səbəb olan rahib Andryu Brunson ilə bağlı qərar verilib.

Enter.News Türkcə xəbər verir ki, FETÖ və PKK terror təşkilatları adından cinayət işlədiyi və cəsusluq etdiyi iddiası ilə mühakimə olunan amerikalı din xadimi haqqında 3 il 1 ay 15 gün həbs qərarı verilib. Lakin şərti azadlıqdan məhrumetmə cəzası alan Brunsonun ev həbsi və ölkədən çıxma qadağası ləğv edildiyindən o, məhkəmə zalından azadlığa buraxılıb.

***

Xatırladaq ki, bir neçə gün öncə Türkiyədə həbs olunmuş amerikalı keşişin vəkili İsmayıl Xalavurt müvəkkilinin ev dustaqlığı qərarının ləğv edilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət etmişdi.

Qeyd edək ki, 20 ildən çoxdur İzmirdə yaşayan amerikalı rahib E.Branson 2016-cı ildə dövlət çevrilişinə cəhd zamanı FETÖ hərəkatına yardım etməkdə və PKK-ya dəstək verməkdə ittiham olunaraq həbs edilib. Bu il iyulun 25-də isə ev dustağı edilib. ABŞ bunu səbəb göstərərək Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq edib.
Bu xəbər oxucular tərəfindən 298 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed