Şrift:
Nazim Hikmətin oğlu vəfat edib
16.10.2018 [11:15] - Gündəm, Hadisə
Məşhur şair Nazim Hikmətin oğlu Mehmet Nazim vəfat edib.
Rəssam Mehmet Nazim 67 yaşında Fransada dünyasını dəyişib.
Onun ölümü barədə məlumatı sosial şəbəkə vasitəsilə rəssamın dostu Utku Varlık yayıb.
Qeyd edək ki, Nazim Hikmət 1950-ci ildə həbsdən çıxdıqdan sonra Münevvər Andaçla tanış olub. 1951-ci ildə cütlüyün Mehmet adlı oğlu dünyaya gəlib. Ancaq onlar rəsmi nikahda olmayıblar. Nazim Hikmət oğlu 3 aylıq olarkən Türkiyədən ayrılıb. Mehmet Nazim buna görə atasından küsülü olub və bu günə qədər atası haqqında heç bir açıqlama verməyib.
Bu xəbər oxucular tərəfindən 64 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed