Şrift:
İlk "Azərbaycan tarixi" əsərinin yazılmasından 1030 il otür
16.10.2018 [11:32] - Mədəniyyət
Tariximizlə bağlı ilk tarixi əsər nə zaman yazılıb? Bu barədə bir sıra mübahisələr, mülahizələr var.

Bu barədə tarixçi-alim Əkbər Nəcəf məlumat verib:

"Azərbaycan tarixi" adlı ilk əsəri özü də Rəvvadi hökmdarı olan Əbül-heyca ər-Rəvvadi qələmə alıb. 988-ci ildə vəfat edən bu hökmdarın ölüm ilini diqqətə alsaq, "Azərbaycan tarix" adlı ilk əsərin yazılmasından tam 1030 il ötür.

Sonra Muxtəsərəddin Əbül-xeyr Nemətullah ibn Məhəmməd əs-Səlmasi ikinci "Azərbaycan tarixi" əsərini yazıb. Bu əsərin 1146-cı ildə müəllif xətti ilə yazılmış əlyazması uzun illər mövcud olub. Üçüncü "Azərbaycan tarixi" əsərinin müəllifi isə Fəxrəddin Əbül-fəzl İsmail ibn Müsənna ət-Təbrizi (1175-ci ildə vəfat edib) idi.

Onlardan sonra XX əsrin 20-ci illərinə qədər "Azərbaycan tarixi" adlı əsər yazılmayıb.
Bu xəbər oxucular tərəfindən 507 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed