Şrift:
Azərbaycan ilə Çexiya arasında hərbi əməkdaşlığın hazırkı vəziyyəti barədə fikir mübadiləsi aparılıb
18.10.2018 [11:07] - Siyasət
Çex Respublikasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov burada keçirilən “Beynəlxalq gələcək qüvvələr sərgisi 2018”də iştirak edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, oktyabrın 17-də sərginin rəsmi açılış mərasimindən sonra general-polkovnik Z.Həsənovun çexiyalı həmkarı Lubomir Metnar ilə ikitərəfli görüşü keçirilib.

Görüşdə Azərbaycan ilə Çexiya arasında hərbi əməkdaşlığın hazırkı vəziyyəti, inkişaf perspektivləri, eləcə də regiondakı təhlükəsizlik məsələləri barədə ətraflı fikir mübadiləsi aparılıb.
Bu xəbər oxucular tərəfindən 253 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed