Şrift:
Latviya XİN-də Cənubi Qafqazla bağlı məsələlər müzakirə olunub
20.10.2018 [09:27] - Gündəm, Siyasət
Latviya Xarici İşlər Nazirliyinin dövlət katibi Andris Pelşs Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi təmsilçisi Toyvo Klaar ilə görüşüb. Görüşdə Ermənistan, Azərbaycan və Gürcüstanla bağlı məsələlər, həmçinin Cənubi Qafqaz regionunda münaqişələr müzakirə olunub.

Latviya XİN xəbər verir ki, T.Klaar 9-10 sentyabr tarixlərində aparılmış Cenevrə danışıqları və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması haqqında məlumat verib.

Latviyanın dövlət katibi Cənubi Qafqaz regionunda münaqişələrin həlli istiqamətində tərəqqiyə nail olunmasında Aİ-nin xüsusi nümayəndəsinin səylərinə dəstəyini ifadə edib.

Aygün Əliyeva
Bu xəbər oxucular tərəfindən 168 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed