Şrift:
Xarici müəssisə və təşkilatlar əsas kapitala 3992,4 milyon manat vəsait yönəldiblər
20.10.2018 [09:36] - Gündəm, İqtisadiyyat
2018-ci ilin yanvar-sentyabr aylarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 3992,4 milyon manat vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 3217,0 milyon manatı (80,6 faizi) Birləşmiş Krallıq, İsveçrə, Türkiyə, Malayziya, ABŞ, Yaponiya, Rusiya, İran və Çexiya sərmayədarlarına məxsus olub.

Tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 62,5 faizini tikinti, yenidənqurma və genişləndirmə, 9,9 faizini əsaslı təmir, 8,8 faizini cari təmir, 18,8 faizini isə digər tikinti işləri təşkil edib.

Ümumi inşaat işlərinin 79,6 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.
Bu xəbər oxucular tərəfindən 496 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed