Şrift:
Neftçalada bu günə kimi 10 min 150 ton ət istehsal olunub
20.10.2018 [09:42] - Köşə yazarları, İqtisadiyyat
Neftçalada kənd təsərrüfatının digər sahələri ilə yanaşı heyvandarlığın inkişafına xüsusi diqqət yetirilir. Rayonda bu sahənin inkişafını daha da sürətləndirmək, heyvandarlıq məhsulları istehsalını daha da artırmaq məqsədilə yeni-yeni heyvandarlıq təsərrüfatları yaradılır, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilir. Həyata keçirilən layihələr nəticəsində rayonda heyvanların baş sayı, ət, süd və yun istehsalı ilbəil artır, mal-qaranın cins tərkibi yeniləşir.

Rayon statika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, hazırda rayonun ayrı-ayrı heyvandarlıq və fərdi təsərrüfatlarında 43 min 492 baş iri buynuzlu mal-qara və 141 min 959 baş qoyun-keçi saxlanılır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumilikdə 5400 baş çoxdur. Təsərrüfatlarda mal-qara və davarların baş sayının artırılması ət, süd və yun istehsalına da güclü təkan verib.

Cari ilin doqquz ayı ərzində rayonda 10 min 150 ton ət (diri çəkidə), 6 min 928.4 ton süd, 283 ton yun və 7 min 719 ədəd yumurta istehsal edilib ki, bu da ötən ildəkindən xeyli çoxdur.
Bu xəbər oxucular tərəfindən 175 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed