Şrift:
Azərbaycan şərabları Bordo şərab muzeyində sərgilənəcək
20.10.2018 [09:46] - Köşə yazarları, İqtisadiyyat
“2018-2025-ci illər Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı”nın icrasının təmin edilməsi və Azərbaycan istehsalı olan məhsulların, o cümlədən şərabların təşviqi istiqamətində İqtisadiyyat Nazirliyinin, Fransadakı səfirliyimizin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Fransanın Bordo şəhərində “La Cité du Vin” şərab muzeyi ilə AZPROMO arasında Azərbaycan şərablarının bu muzeydə sərgilənməsinə dair müqavilə imzalanıb.

İmzalanmış müqaviləyə əsasən Azərbaycanın 11 şərab şirkətinin məhsulları 3 il müddətində “La Cité du Vin” şərab muzeyində təqdim və nümayiş olunacaq.

Azərbaycan məhsullarının xarici ölkələrdə tanıdılması və “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə həyata keçirilən tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyinin və Fransadakı səfirliyimizin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə qida, meyvə-tərəvəz, şərab və digər spirtli içkilər, meyvə şirələri, mineral sular, konservləşdirilmiş məhsullar, fındıq və qurudulmuş meyvə, çay istehsalı ilə məşğul olan 23 Azərbaycan şirkəti “Made in Azerbaijan” vahid stendi ilə Fransanın Paris şəhərində oktyabrın 21-dən 25-dək keçiriləcək “Sial Paris” beynəlxalq ərzaq sərgisində ölkəmizi təmsil edəcək.

Sərgi çərçivəsində yerli şirkətlərin nümayəndələri Fransada fəaliyyət göstərən kənd təsərrüfatı və yeyinti sənayesi məhsullarının satışı ilə məşğul olan distributorlarla görüşlərdə iştirak edəcək, potensial müştərilərlə ixrac məsələlərinə dair müzakirələr aparacaqlar.

Şəhla Ağalarova
Bu xəbər oxucular tərəfindən 237 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed