Şrift:
Hiroşiqe Seko: Yaponiya ilə Rusiya arasında sülh müqaviləsi Abe və Putin arasındakı etimad əsasında imzalana bilər
20.10.2018 [09:47] - Köşə yazarları, Hüquq
Yaponiya və Rusiya sülh müqaviləsi məsələsini Şinzo Abenin hökumət başçısı olduğu dövrdə həll edə bilər. Ş.Abe ilə Rusiya Prezidenti Vladimir Putin arasındakı qarşılıqlı etimad buna əsas ola bilər.

Belə bir fikirlə Yaponiya iqtisadiyyat, ticarət və sənaye naziri Hiroşiqe Seko oktyabrın 20-də “Sankei” qəzetində dərc olunan köşə yazısında çıxış edib.

Məqalədə bildirilir ki, Ş.Abenin hökumət başçısı olduğu dövrdə Tokio ilə Moskva arasındakı münasibətlər “180 dərəcə dönüb” və yapon tərəfi sülh müqaviləsi imzlananadək iqtisadi əməkdaşlığın mümkün olmaması barədə fikrindən çəkilib. Nəticədə iki ölkənin vətəndaşları arasında qarşılıqlı etmadın möhkəmlənməsinə yönələn və gələcəkdə sülh müqaviləsinin imzalanmasına şərait yardan iqtisadi əməkdaşlıq strategiyasına keçid barədə qərar verilib.

Məqalədə deyilir: “Düşünürəm ki, Baş nazirin yeni strategiyası səhv deyil. İstəyirəm ki, onun irəliləməsi nəticədə biz sülh müqaviləsinin imzalanmasına nail olaq. Bu problem yalnız iki ölkənin liderləri arasında etimadın hökm sürdüyü siyasi sabitlik dövründə öz həllini tapa bilər”.

Rusiya ilə münasibətlərə cavabdeh olan nazir nümunə olaraq Ş.Abe hökuməti tərəfindən iki il qabaq irəli sürülən və səkkiz bənddən ibarət olan təkliflər paketi əsasında reallaşdırılan layihələri qeyd edir. Bundan əlavə, H.Seko bildirir ki, Kuril adasının sabiq sakinlərinin çarter reysləri ilə həmin əraziyə uçaraq, valideynlərinin qəbirlərini ziyarət etmək imkanı da yaranıb.

Nazir, həmçinin V.Putinin Vladivostokda keçirilən Şərq iqtisadi Forumu zamanı səsləndirdiyi cari ilin sonunadək heç bir ilkin şərt irəli sürmədən sülh müqaviləsinin imzalanması barədə təklifini də xatırladır. Ş.Abe bu təklifə cavab olaraq bildirib ki, cari ilin sonunadək iki ölkə liderləri arasında baş tutacaq danışıqlar çox mühüm olacaq. Nazir yazıb: “Çox sayda elə məsələlər var ki, bunu yalnız onlar ikilikdə başa düşürlər və bununla yanaşı V.Putin Yaponiyanın məsələ ilə bağlı mövqeyi barədə kifayət qədər məlumatlıdır”.

Tokio dəfələrlə bəyan edib ki, sülh müqaviləsinin imzalanması yalnız ərazi problemi həll edildikdən sonra mümkündür.

H.Seko yazır: “Düşünürəm ki, qarşıdan gələn danışıqlar çox böyük impuls yaradacaq, belə ki, V.Putin özü Yaponiyanın belə bir mövqe nümayiş etdirəcəyi təqdirdə müqavilənin imzalnması tarixini təyin edib”.

Vüqar Ağayev
Bu xəbər oxucular tərəfindən 256 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed