Şrift:
Şeyx Məhəmməd Xiyabanının məzarı təhqiramiz vəziyyətdədir - VİDEO
20.10.2018 [09:52] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bütün etirazlara baxmayaraq Məşrutə inqilabının böyük liderlərindən olan Şeyx Məhəmməd Xiyabaninin məzarı hələ də acınacaqlı vəziyyətdədir.

Ötən aylarda axund Məhəmmədrza Mirtacəddini bildirmişdir ki, Ş.M.Xiyabaninin məzarı “Şehr-i Rey”də Həsəni Əbduləzim Hərəmində yerləşən “Xomeyni Səbistanı”na intiqal edilib. O iddia etmişdir ki, Ş.M.Xiyabaninin məzarı Azərbaycan əhalisinin tələbi əsasında qeyd olunan yerə intiqal olunub, halbu ki, Azərbaycan türk milləti uzun illərdir məzarın Azərbaycana köçürülməsini istəyir.

İstənilən halda tarixi şəxsiyyətin məzarı hələ də təhqiramiz vəziyyətdədir və aşağıdakı videoda göründüyü kimi, yoldan keçənlərin ayağı altında qalıbdır.

Bu xəbər oxucular tərəfindən 217 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed