Şrift:
Azərbaycan-Qətər iqtisadi əlaqələrinin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb
22.10.2018 [10:08] - Siyasət
Azərbaycan Respublikasının Qətərdəki səfiri Rəşad İsmayilov bu ölkənin iqtisadiyyat və ticarət naziri Şeyx Əhməd bin Casim Al Tani ilə görüşüb.

Görüş zamanı Azərbaycan-Qətər iqtisadi əlaqələrinin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Azərbaycan-Qətər ticarət dövriyyəsinin inkişafından məmnunluq ifadə olunub.

Səfir bu il oktyabrın 8-dən 10-dək Qətərdə keçirilmiş I Beynəlxalq Məhsullar Sərgisində Azərbaycan şirkətlərinin iştirakına toxunaraq, qarşılıqlı olaraq bu növ tədbirlərdə iştirakın və səfərlərin təşkilinin ikitərəfli əməkdaşlığın inkişafındakı əhəmiyyətini vurğulayıb.

Qətərli nazir Azərbaycan-Qətər ticarət və iqtisadi əməkdaşlığının inkişafı üçün böyük potensialın mövcud olduğunu bildirərək, bu istiqamətdə səylərin artırılmasının zəruriliyini diqqətə çatdırıb.
Bu xəbər oxucular tərəfindən 160 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed