Şrift:
Alpaqut Turan döyüş sənəti üzrə üçüncü Azərbaycan kubokunun qalibləri məlum olub
22.10.2018 [10:11] - Köşə yazarları, Türk dünyası-Turan, İdman
Ağdam rayonu Quzanlı qəsəbəsindəki Olimpiya İdman Kompleksində Alpaqut Turan döyüş sənəti üzrə üçüncü Azərbaycan kuboku keçirilib. Yarışda bütün yaş qrupları üzrə, ölkənin 30-dan artıq komandasını təmsil edən, 300-dən çox idmançı iştirak edib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Azərbaycan Alpaqut Federasiyasının prezidenti Qüdrət Nuriyev, Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Ağa Zeynalov, Gənclər və İdman Nazirliyinin məsul işçısı Firudun Paşayev, dünya Alpaqut Federasiyası İdarə Heyətinin sədri, Alpaqut Turan döyüş sənətinin müəllifi kutsan Vasif Namazov çıxış edərək idmançılara uğurlar diləyiblər.

Rəsmi hissədən sonra incəsənət ustalarının ifasında muğam və xalq mahnıları təqdim edilib.

Alpaqut döyüş sənətinin Aypara, Batur, Caymaz və Qurşaq sistemləri üzrə keçirilən yarışın sonunda qaliblər diplom, medal və kubokla mukafatlandirilıblar. Aypara sistemi üzrə Ağdam, batur sistemi üzrə Şəmkir, caymaz sistemi üzrə Binəqədi rayon "Artika" kulubu, qurşaq sistemi üzrə isə Qazax komandaları fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Bu xəbər oxucular tərəfindən 191 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed