Şrift:
Aprel döyüşləri”nin iştirakçısının meyiti tapıldı
22.10.2018 [10:26] - Köşə yazarları, Hərb
Ermənistanın Lori vilayətinin Alaverdi şəhərində 2016-cı ilin “Aprel döyüşləri”ndə iştirak etmiş gəncin meyiti tapılıb. Polis bölməsinə Çuxadjyan-36 ünvanında cəsədinin tapıldığına dair siqnal daxil olduqdan sonra araşdırma aparılıb.

Müstəntiqlərin araşdırmasından sonra meyiti tapılan şəxsin 21 yaşlı şəhər sakini Sanasar Simonyan olduğu müəyyənləşib. Cəsədin vanna otağında tapıldığı bildirilir.

Məhkəmə tibb ekspertinin ilkin rəyinə görə, cəsəddə zorakılıq əlamətləri aşkar olunmayıb. İlkin məlumatlara görə S. Simonyan ürək çatışmazlığı səbəbindən ölüb. Fatla bağlı araşdırma davam etdilirir.

Verilən məlumata görə, “Aprel döyüşləri”ndə iştirak etmiş S. Simonyan işğal altındakı Qarabağın ən "qaynar" nöqtələrindən birində xidmət edib.
Bu xəbər oxucular tərəfindən 189 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed