Şrift:
Nazir postu üçün türk namizəd parlamentə təqdim olunmasa, ciddi reaksiya veriləcək – Təbrizin millət vəkili
22.10.2018 [12:37] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizin İran parlamentindəki millət vəkili Məsud Pezeşkiyan Nazirlər Kabinetində türk nazirlər görmək istədiyini bildirib.

O bu barədə “Təbriz mən” yerli xəbər agenliyinə verdiyi müsahibədə danışıb.

“Bu barədə hökumətə xəbərdarlıq etmişik. Azərbaycan bölgəsindən Nazirlər Kabinetinə ən azı bir nəfər seçilməlidir”- deyə o bildirib.

Millət vəkili təkidlə vurğulayıb ki, tələb təmin olunmasa, azərbaycanlı millət vəkilləri bu məsələyə ciddi reaksiya verəcək.

Prezident Həsən Ruhani son vaxtlar istefaya göndərilən 4 nazirin yerinə yeni şəxslər təyin etməyə hazırlaşır. Hazırda 17 nazirdən 3-ü istisna olmaqla digər nazirlərın hamısı farsdır. Müdafiə naziri Əmir Hatəminin isə Güney Azərbaycanda doğulduğu bildirilir.

Nazirlər kabinetində türk nazirlərin olması Azərbaycan türk millətinin ictimai tələblərindən biridir.

N.S
Bu xəbər oxucular tərəfindən 367 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed