Şrift:
Güneyli gənc qız Azərbaycan Milli Hərəkatın bayrağını müxtəlif yerlərdə nümayiş etdirir
22.10.2018 [12:37] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycan Milli Hərəkatının birgə mübarizə bayrağına dəstək verən azərbaycanlıların sayı günü-gündən artmaqdadır.

Son məlumata görə, Güney Azərbaycan şəhərlərinin birində gənc bir qız Milli Hərəkatın bayrağını yaşadığı məntəqənin müxtəlif yerlərində nümayiş etdirir.

Milli-mədəni fəal etiket şəkilində hazırladığı bayraqları şəhərin çox hərəkətli yerlərində divarlara yapışdırır.

Təhlükəsizlik məsələləri ilə əlaqədar kimliyi açıqlanmayan gənc fəalın bu hərəkəti azərbaycanlı internet istifadəçiləri tərəfindən alqışlanıb, onlar fəalın video və görüntülərini sosial şəbəkələrdə paylaşaraq onun bu hərəkətini təqdirəlayiq mədəni tədbir adlandırıblar.
[media=Güneyli%20gənc%20qız%20Azərbaycan%20Milli%20Hərəkatın%20bayrağını%20müxtəlif%20yerlərdə%20nümayiş%20etdirir]
[media=Güneyli%20gənc%20qız%20Azərbaycan%20Milli%20Hərəkatın%20bayrağını%20müxtəlif%20yerlərdə%20nümayiş%20etdirir]
Bu xəbər oxucular tərəfindən 147 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed