Şrift:
Azərbaycan-Estoniya əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
24.10.2018 [10:36] - Siyasət
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Estoniya parlamentinin vitse-spikeri Kalle Laanet ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə nazir Elmar Məmmədyarov Azərbaycan ilə Estoniya arasındakı münasibətlərin uğurla inkişaf etdiyini diqqətə çatdırıb. Elmar Məmmədyarov, həmçinin Azərbaycan ilə Estoniya arasında informasiya və kommunikasiya texnologiyaları, elektron hökumət sahələrində uğurlu əməkdaşlığın mövcud olduğunu qeyd edib. Avropa İttifaqı-Azərbaycan münasibətlərinə toxunan nazir ölkəmizin Şərq Tərəfdaşlığı çərçivəsində iştirakı, əlaqələrin hüquqi əsasını təşkil edəcək yeni, strateji əhəmiyyətli saziş üzrə aparılan danışıqlar barədə qarşı tərəfə məlumat verib.

Kalle Laanet, öz növbəsində, Estoniyanın Azərbaycanla əməkdaşlığa daim maraq göstərdiyini, ölkələrimiz arasında informasiya-kommunikasiya texnologiyaları, o cümlədən nəqliyyat sahələrində əməkdaşlıq üçün geniş potensialın olduğunu qeyd edib.

Görüşdə Azərbaycan-Estoniya münasibətlərinin hazırkı səviyyəsindən məmnunluq ifadə edilib, tərəflər arasında siyasi dialoqun davamlı şəkildə aparılmasının və yüksək səviyyəli mütəmadi qarşılıqlı səfərlərin, görüşlərin keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Bu xəbər oxucular tərəfindən 133 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed