Şrift:
UEFA Çempionlar Liqasının üçüncü turuna start verilib
24.10.2018 [10:40] - İdman
Oktyabrın 23-də UEFA Çempionlar Liqasının üçüncü turuna iki oyun ilə start verilib.

E qrupunda yer alan Yunanıstanın AEK klubunun komandası doğma meydanda Almaniyanın “Bavariya” komandasını qəbul edib. İlk dəqiqələrdən rəqibin qapısı önündə təhlükəli vəziyyətlər yaradan "Bavariya" bir neçə əlverişli imkanı əldən verib. Fasiləyə qədər hesab dəyişilməyib.

Qarşılaşmanın ikinci hissəsində almanlar hesabı açmağa nail olub. Matçın 61-ci dəqiqəsində Xavyer Martinez adını tabloya yazdırıb - 0:1. Qoldan iki dəqiqə sonra “Bavariya” hesab arasındakı fərqi iki topa çatdırıb. Belə ki, Rafinyanın cinah ötürməsini komandanın əsas qol silahı sayılan Robert Levandovskiy dəqiq zərbə ilə tamamlayıb - 0:2. Qalan dəqiqələrdə komandaların cəhdlərinə baxmayaraq hesab dəyişilməyib.

Turun digər açılış matçında İspaniyanın "Valensiya" klubunun komandası səfərdə İsveçrənin "Yanq Boyz" komandasının qonağı olub. Görüş 1:1 hesabı ilə heç-heçə başa çatıb. Meydan sahiblərinin heyətində Goran Hoarau, qonaqların isə Mişi Batşuayi fərqləniblər.
Bu xəbər oxucular tərəfindən 152 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed