Şrift:
Bakıda caz festivalı davam edir
24.10.2018 [10:41] - Mədəniyyət
Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində hər axşam “Rotunda Jazz Club”da dünyanın müxtəlif ölkələrindən caz musiqiçilərinin iştirakı ilə maraqlı konsertlər təşkil olunur.

Oktyabrın 23-də klubun səhnəsində Türkiyədən gəlmiş duet – tanınmış cazmenlər Can Cankaya (piano) və Kaqan Yıldız (kontrabas), habelə Macarıstanın “Kodaly Spicy Jazz” kvarteti çıxış ediblər. Tamaşaçılar konsert boyu türk və macar musiqilərinin elementləri olan cazdan zövq alıblar. Musiqiçilərin çıxışları böyük maraqla qarşılanıb.

Qeyd edək ki, oktyabrın 24-də “Rotunda Jazz Club”da Belçika nümayəndələri – Martin Saleminin triosu çıxış edəcək.
Bu xəbər oxucular tərəfindən 181 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed