Şrift:
Gəmiçilik və “Columbia Shipmanagement” şirkəti birgə müəssisə yaradır
24.10.2018 [10:42] - İqtisadiyyat
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) və “Columbia Shipmanagement” şirkəti birgə müəssisə yaradır.

ASCO-nun mətbuat katibliyindən bildirilib ki, bununla bağlı gəmiçiliyin sədri Rauf Vəliyev və “Columbia Shipmanagement”in sədri Henrix Şüller arasında anlaşma memorandumu imzalanıb.

Yeni birgə müəssisə vasitəsilə ikitərəfli əməkdaşlıq daha da güclənəcək. Belə ki, müəssisə beynəlxalq sularda böyükhəcmli tankerlərin istismarı ilə bağlı təcrübə mübadiləsi, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin dənizçilərinə və ofis heyətinə təlimlərin keçirilməsi və yeni xarici layihələrdə gəmiçiliyin iştirakının təmin edilməsi üçün əsaslı zəmin yaradacaq.

Tərəflər arasında birgə müəssisənin yaradılması üçün danışıqların davam etdirilməsi, tələb olunan texniki-iqtisadi sənədlərin hazırlanması ilə bağlı razılıq əldə edilib.

Qeyd edək ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və “Columbia Shipmanagement” arasında sıx əməkdaşlıq münasibətləri mövcuddur. Elə bu əməkdaşlığın nəticəsi olaraq hazırda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin dənizçiləri və Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri sözügedən beynəlxalq şirkətin gəmilərində təcrübə keçirlər. Birgə həyata keçirilən bu layihədən gəmiçiliyin il ərzində ümumilikdə 20-dən çox dənizçisi faydalanacaq.
Bu xəbər oxucular tərəfindən 564 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed