Şrift:
Ankarada Türkdilli Dövlətlərin Həmrəylik Günü qeyd olunub
25.10.2018 [10:38] - Xəbərlər, Türk dünyası-Turan
Ankarada Türkdilli Dövlətlərin Həmrəylik Günü münasibətilə rəsmi qəbul keçirilib.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası tərəfindən təşkil olunan (TDƏŞ) qəbulda rəsmi şəxslər, o cümlədən nazirlər, səfirlər, Ankaradakı beynəlxalq təşkilatların rəhbərləri, paytaxt ictimaiyyətinin tanınmış simaları, QHT və KİV təmsilçiləri iştirak ediblər.

Əvvəlcə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdat Amreevin, Türkiyə xarici işlər nazirinin müavini Yavuz Selim Kıranın və professor İlber Ortaylının çıxışları dinlənilib. Çıxışlarda Türk Şurasının təsis olunması və keçdiyi inkişaf yolu türkdilli ölkələr və xalqlar üçün tarixi sərvət kimi dəyərləndirilib, təşkilata üzv və tərəfdaş olan ölkələrin yerləşdiyi coğrafiyanın imkanlarından, həyata keçirilən iqtisadi layihələrin əhəmiyyətindən danışılıb.

Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov qəbulda iştirak edib.

Qeyd edək ki, Türkdilli ölkələrin dövlət başçılarının 2010-cu il oktyabrın 3-də Naxçıvanda keçirilən IX zirvə görüşündə hər il bu tarixin Türkdilli Dövlətlərin Həmrəylik Günü kimi qeyd olunması qərara alınıb.

Sabir Şahtaxtı
Bu xəbər oxucular tərəfindən 512 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed