Şrift:
Diasporla İş üzrə Dövlət Komitəsində Almaniya nümayəndə heyəti ilə görüş keçirilib
25.10.2018 [10:39] - Diaspor
Diasporla İş üzrə Dövlət Komitəsində Almaniya Bundestaqının Xristian Demokratlar İttifaqı Fraksiyasının, eləcə də iqtisadiyyat və energetika komitəsinin üzvü Mark Hauptman, Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Hauser və Almaniyanın nüfuzlu iş adamlarının daxil olduğu nümayəndə heyəti ilə görüş keçirilib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Görüşdə Komitə sədri Fuad Muradov ölkələrimiz arasında əlaqələrdən danışaraq Azərbaycan diasporu və diaspor hərəkatının yeni istiqamətləri barədə məlumat verib. O, Prezident İlham Əliyevin Azərbaycan diasporunun inkişafına xüsusi diqqət yetirdiyini qeyd edib. Dövlət Komitəsinin sədri son dövrlərdə Avropa ölkələrinə reallaşan səfərləri barədə məlumat verib. Avropa ölkələrində yaranan Koordinasiya şuralarının məqsəd və məramı barədə danışıb.

Görüşdə Almaniyada məskunlaşan və eyni zamanda, təhsil alan azərbaycanlılar, onların yaşadıqları cəmiyyətə inteqrasiyası, dövlətlər arasında iqtisadi əlaqələrin inkişafı, ortaq layihələr, Azərbaycan-Almaniya forumu, diaspor şəbəkəsinin yaranması və digər məsələlərlə bağlı müzakirələr aparılıb.

Fuad Muradov diaspor fəaliyyətinin genişləndirilməsi üçün medianın imkanlarından daha geniş istifadə edildiyini qeyd edib, Diaspor TV, yaxın vaxtlarda işə başlayacaq Diaspor FM barədə məlumat verib. Bildirib ki, əsas məqsədlərdən biri dünya azərbaycanlılarını vahid Koordinasiya Mərkəzində birləşdirməkdir.

Qonaqlar Azərbaycana investisiya qoyulması ilə bağlı planlarından danışıb və ölkəmizdə investisiya üçün əlverişli mühitin olduğunu qeyd ediblər. Onlar peşə təhsili sahəsində layihələrə xüsusi diqqət etdiklərini və iqtisadi layihələrin gerçəkləşdirilməsində Almaniyada yaşayan 300 min azərbaycanlının bilik və bacarığından, potensialından istifadə etməyin vacibliyini diqqətə çatdırıblar.

Görüşdən sonra almaniyalı qonaq Mark Hauptman Diaspor TV-yə müsahibə verib.
Bu xəbər oxucular tərəfindən 167 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed