Şrift:
Bakıda “Türk dünyasının ortaq dili – naxışlar” mövzusunda beynəlxalq simpozium işə başlayıb
26.10.2018 [10:18] - Xəbərlər, Türk dünyası-Turan
Oktyabrın 25-də Azərbaycan Xalça Muzeyində üçüncü “Türk dünyasının ortaq dili – naxışlar” mövzusunda beynəlxalq simpozium işə başlayıb.

Simpozium Mədəniyyət Nazirliyi, Yunus Əmrə İnstitutu, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, MDB-nin iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun birgə təşkilatçılığı ilə reallaşıb.

Tədbirdə Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova çıxış edərək simpoziumun əhəmiyyətindən danışıb. Deyib ki, bu il ölkəmizdə üçüncü dəfə təşkil edilən simpoziumun coğrafiyası olduqca genişdir. Belə ki, simpoziumda türkdilli ölkələrlə yanaşı, bir sıra digər ölkələrdən də aparıcı tədqiqatçılar, kolleksiyaçılar, xalçaçı rəssamlar və bu sahə üzrə ixtisaslaşmış mütəxəssislər iştirak edirlər. Belə ki, 22 ölkədən sənətşünaslar, rəssamlar, moda sənayesi xadimləri də simpoziumun işinə töhfə verəcəklər.

Bildirib ki, simpoziumun təşkilində məqsəd bu tədbir vasitəsilə türk xalqlarının ortaq mirası olan xalça naxışlarının araşdırılması sahəsində aparılan tədqiqat işlərini daha da genişləndirmək, xalqımızın öz milli-mədəni dəyərlərinə olan qayğı və diqqətini, bu sahədə olan biliklərini daha da təkmilləşdirməkdən ibarətdir. “Keçə sənətindəki kəsişmə nöqtələri” mövzusunda keçirilən simpozium çərçivəsində “Keçə sənəti müasir incəsənətdə” və “Ənənəvi keçə sənəti” adlı sərgilərin açılışı da nəzərdə tutulur.

Çıxış edən digər natiqlər simpoziumun əhəmiyyətindən və iştirakçı ölkələr arasında qarışlıqlı əməkdaşlıq əlaqələrindəki rolundan söz
Bu xəbər oxucular tərəfindən 205 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed