Şrift:
Türkiyə S-400 komplekslərini gələn ilin oktyabrında quraşdırmağa başlayacaq
26.10.2018 [10:26] - Köşə yazarları, Hərb
Türkiyə Rusiyadan alınan S-400 zenit-raket komplekslərini 2019-cu ilin oktyabrında quraşdırmağa başlayacaq.

Bunu müdafiə naziri Hulusi Akar deyib. “Rusiyadan alınan S-400 zenit-raket komplekslərinin quraşdırılması 2019-cu ilin oktyabrında başlayacaq. Biz hazırda personalın seçimi ilə məşğuluq. Seçilmiş personal 2019-cu ilin əvvəlində təlim keçmək üçün Rusiyaya gedəcək və geri qayıtdıqdan sonra işə başlayacaq”, - deyə müdafiə naziri bildirib.

2017-ci ilin dekabr ayında Türkiyə və Rusiya S-400 “Triumf” zenit-raket komplekslərinə dair kredit sazişi imzalayıb. Sazişə əsasən, Ankara iki zenit-raket batareyası alacaq. Tərəflər, həmçinin S-400 kompleksinin Türkiyədə istehsalı üçün texnoloji əməkdaşlıq barədə razılığa gəliblər. ABŞ və NATO ölkələri bu sövdələşməyə görə Ankaranı dəfələrlə tənqid edib.

Qeyd edək ki, uzaq məsafəli zenit-raket sistemi - S-400 “Triumf” Rusiyada silahlanmaya 2007-ci ildə qəbul olunub. O, aviasiya vasitələrini, qanadlı raketləri, o cümlədən orta təsir radiuslu ballistik raketləri, habelə yerüstü obyektləri məhv etmək üçün nəzərdə tutulub. Rusiya Hərbi Kosmik Qüvvələri komandanının müavini aprel ayında silahlanmaya S-400 sistemləri üçün yaxın kosmosdakı hədəfləri vura biləcək raketlərin daxil olduğunu bildirib.
Bu xəbər oxucular tərəfindən 174 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed