Şrift:
Professor İlbər Ortaylı: Azərbaycan Xalq Cümhuriyyəti tarixinin təbliği xüsusi əhəmiyyət daşıyır
26.10.2018 [10:28] - Köşə yazarları, Mədəniyyət
“Son iclas” bədii-sənədli filmi Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və süqutunun səbəbləri barədə həqiqətləri əks etdirir. Cümhuriyyət tarixinin Türkiyədə təbliği xüsusi əhəmiyyət daşıyır.

Bu sözləri müsahibəsində tanınmış türkiyəli tarixçi, professor İlbər Ortaylı deyib. Professor diqqətə çatdırıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra zaman-zaman onun məram və məqsədləri ictimaiyyətə təhrif olunmuş şəkildə çatdırılıb. Bu filmdə həm Cümhuriyyət tarixi, həm də Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən sonra üçrəngli bayrağın yenidən ucaldılmasına dair həqiqətləri görürük. Ona görə də Heydər Əliyev Fondunun dəstəyi ilə ərsəyə gələn “Son iclas” bədii-sənədli film tarixi missiya daşıyır.

Qeyd edək ki, Arzu Əliyevanın baş prodüseri olduğu “Son iclas” bədii-sənədli filmi Bakı Media Mərkəzi tərəfindən Azərbaycanın bu şanlı tarixinə töhfə vermək üçün çəkilib. Film Azərbaycan Xalq Cümhuriyyətinin keşməkeşli tarixinin son günlərinə işıq salır və hökumətin son qərarını hansı çətin şəraitdə verdiyini əks etdirir.



Sabir Şahtaxtı
Bu xəbər oxucular tərəfindən 182 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed