Şrift:
“Qarabağ”dan üçüncü məğlubiyyət
26.10.2018 [10:31] - İdman
Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində keçirilən “Qarabağ” “Vorskla” qarşılaşması yekunlaşdı. “Qarabağ” ardıcıl 3-cü oyununda da yaşıl meydanı məğlubiyətlə tərk edib.
Belə ki, oyunun 48-ci dəqiqəsində rəqib komandanın oyunçusu Vladislav Kulaçın “Qarabağ”ın qapısına vurduğu qol yeganə olub: 0:1

Qeyd edək ki, “E” qrupunun Portuqaliyada keçirilən “Sportinq” - “Arsenal” görüşü ingilislərin 1:0 hesablı qələbəsi ilə bitib. Bu nəticə ilə “Arsenal” 9 xalla qrup birincisidir. Hesabında xal olmayan “Qarabağ” isə qrupda sonuncu yerdə qərarlaşıb.

22:00

Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində keçirilən “Qarabağ” “Vorskla” qarşılaşmasında hesab açıldı. Oyunun 48-ci dəqiqəsində rəqib komandanın oyunçusu Vladislav Kulaçın “Qarabağ”ın qapısına endirdiyi zərbə qolla nəticələnib: 0:1

21:47

Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində keçirilən “Qarabağ” “Vorskla” qarşılaşmasının ilk hissəsi yekunlaşıb. Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmanın ilk hissəsində qapılara qol vurulmayıb.
Qeyd edək ki, “E” qrupunun Portuqaliyada keçirilən “Sportinq” - “Arsenal” görüşündə də ilk hissə qolsuz bərabərliklə bitib.
Bu xəbər oxucular tərəfindən 170 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed