Şrift:
Türkiyədə bələdiyyə seçkilərinin tarixi açıqlanıb
26.10.2018 [10:48] - Xəbərlər, Siyasət
Türkiyədə növbəti bələdiyyə seçkiləri 2019-cu il martın 31-də keçiriləcək.
“Report” xəbər verir ki, bununla bağlı qərar “Rəsmi Gazete”də dərc olunub.
Türkiyə Yüksək Seçim Komissiyasının qərarına əsasən, namizədlərin irəli sürülüməsi prosesi 2018-ci il dekabrın 1-dən başlayacaq. Təbliğat-təşviqat kampaniyasına yanvarın 1-dən start veriləcək. Yerli seçkilərdə namizəd olaraq, iştirak etmək istəyənlər çalışdıqları sahələrdə tutduqları vəzifədən 2018-ci il dekabrın 1-i saat 17:00-da istefa verməlidirlər.
Qeyd edək ki, "Bələdiyyə seçkiləri haqqında" qanuna uyğun olaraq, yerli seçkilər 5 ildən bir keçirilir.
Bu xəbər oxucular tərəfindən 441 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed