Şrift:
Urmiyəli gənc qızın bədən üzvləri 4 nəfərin həyatını qurtarıb
26.10.2018 [11:02] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Azərbaycan diyarında hər gün ülvi və insani dəyərlərin yaşadığına dəlalət edən müxtəlif faktlara rast gəlinir.

Güney Azərbaycanın Urmiyə şəhərinin Tibb Universitetində beyin ölümünə düçar olan gənc qızın bədən üzvləri ailəsinin razılığı ilə orqana ehtiyacı olan xəstələrə bağışlanıb.

Universitetin Transplant Orqanlarının Tədarükü Mərkəzinin müdiri Xədicə Məxdumi bildirib ki, 27 yaşlı Jila İsazadənin ailəsinin razılığı ilə onun bəzi bədən üzvləri ehtiyacı olan xəstələrə köçürülüb və bununlada oktyabrın 24-də Urmiyədə 6-cı dəfə olaraq orqanların bağışlanması faktı qeydə alınıb.

“Jila İsazadə Urmiyə sakini idi, o beyin anevrizması və qanaması nəticəsində beyin ölümünə düçar olmuşdur. Onun beyin ölümünə düçar olduğu həkimlər tərəfindən təsdiqləndikdən sonra ailəsi orqanlarının bağışlanması barəsində belə bir insani qərar verdi”- deyə o bildirib.

Xədicə Məxduminin sözlərinə görə, Jila İsazadənin köçürülməli olan orqanları Urmiyə, Şiraz və Tehranda 4 xəstəni ölümdən qurtarıb, orqanlar pulsuz bağışlanıb.

N.S
Bu xəbər oxucular tərəfindən 169 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed