Şrift:
“Urmu gölü böhranı hələ də ciddiyə alınmır”
26.10.2018 [11:03] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
“Güney Azərbaycanın Urmu gölü böhranı ölkədə hələ də ciddiyə alınmır.”

Bu barədə Təbriz Universiteti Elmi Heyətinin üzvü Dr. Məhəmməd Faryabi, Urmu Gölü ilə bağlı Rəqəmsal Məzmun İstehsalı tədbirindən öncə keçirilən iclasda çıxış edərkən danışıb.

“Urmu gölü bizə keçmişdən qalan bir mirasdır, lakin bu dəyərli əmanəti yaxşı qoruya bilmədik.
Bu kimi tədbirlər məsullar və əhalinin maarıfləndirilməsinə xidmət edir. Biz göstərməliyik ki, Urmu gölü bizim üçün olduqca əhəmiyyətli məsələdir, bu gölün quruması ilə 14 milyon insanın həyatı təhlükə altına düşür”- deyə o bildirib.

Universitetin Elmi Heyətinin üzvü Urmu gölü böhranının ölkədə hələ də ciddiyə alınmadığını deyib. O bildirib ki, bu məsələyə laqeyd yanaşırlar, ona görə də Urmu gölünün təcili xilasi ilə bağlı qanun layihəsi bir neçə dəfə parlamentdə səsverməyə çıxarılıb, lakin rədd edilib.

“Hesab edirəm ki, rəqəmsal marketinq işləri üzrə çalışmalıyıq. Bu mədəni, ətraf mühit və hətta iqtisadi bir layihədir. Bu işlər Təbriz, Urmiyə və Tehranda görüləcək. Məzmun marketinqi uzun müddətli və davamlı bir prosesdir. Bu proses insanları hansısa hadisə və ya layihəyə cəlb edir, sonra həmin insanlar layihəyə yardım göstərir. Ona görə də Urmu gölü ilə bağlı hamı marketinq xidmətində maraqlı olmalı və ona dəstək verməlidilər. Bu bizim şər`i və qanuni borcumuzdur, bununla bağlı gələcək nəsil qarşısında məsuliyyət daşıyırıq”- deyə Dr. Məhəmməd Faryabi əlavə edib.

Qeyd edək ki, İran rejimi Urmu gölünün 95 faizinin quruması ilə meydana gələn ekoloji fəlakəti aradan qaldırmaq üçün heç bir əməli tədbir görmür. Bu vəziyyət göldə böhranın günü-gündən dərinləşməsinə və bununla yanaşı bölgə əhalisinin etirazlarının sərtləşməsinə səbəb olmaqdadır.
Bu xəbər oxucular tərəfindən 191 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed