Şrift:
Azərbaycanda problemli kreditlər azalmaqda davam edir
27.10.2018 [11:47] - İqtisadiyyat
Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il oktyabrın 1-nə 1 748,7 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, bu, sentyabrın 1-i ilə müqayisədə 1,3% azdır.

İlin əvvəlinə nisbətən problemli kreditlər 7,5% artıb, ötən il oktyabrın 1-nə nisbətən isə 5,8% azalıb.

Sentyabrın sonuna problemli kreditlərin ümumi kredit portfelində payı 14,2% təşkil edib. Bu nisbət avqustun sonuna 14,4%, ötən ilin sonuna 13,8%, ötən il sentyabrın sonuna isə 14,9% təşkil edib.
Bu xəbər oxucular tərəfindən 226 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed