Şrift:
“Traxtur” komandası “Sepidrud”u məğlub yola saldı / Stadionda yeni şüar səsləndirildi – VİDEO
27.10.2018 [12:18] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizin səhənd stadionunda bu şəhərin “Traxtur” və Rəştin “Sepidrud” komandaları arasında keçirilən görüş ev sahibinin xeyirinə yekunlaşıb.



İran üzrə futbol klublarının super liqa yarışlarının 10-cu həftəsində keçirilən qarşılaşma oktyabrın 26-ı yerli vaxtla saat 16:00-da baş tutub, oyun 2:1 hesabı ilə Azərbaycan komandasının xeyirinə başa çatıb.



Görüş zamanı stadionda 40 min nəfərdən çox tamaşaçı olub. Tamaşaçılar oyunun 25-ci dəqiqəsində səsləndirdikləri yeni şüarla stadionu lərzəyə gətiriblər. Onlar “Səhənd meydanında – Türk qızlarının yeri boş” şüarı ilə qadınların stadiona buraxılmamasına etiraz bildiriblər. Soydaşlarımız bu şüarla 1946-cı ildə mərhum seyid Cəfər Pişəvərinin rəhbərlik etdiyi Azərbaycan Milli Hökumətinin qadınlara səsvermə hüququnu tanımasını da təqdir ediblər.

Elə bu görüşdə bir azərbaycanlı azyaşlı qız “Traxtur” yarışını izləməyə gəlib, lakin təhlükəsizlik qüvvələri onu stadiona buraxmayıb və gözüyaşlı geri qaytarıblar.

“Traxtur” yarışlarında oyunun 15-ci dəqiqəsində “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə” şüarı səsləndirilir. Bunu bilən stadion məsulları komanda tərəfdarlarını çaşdırmaq məqsədi ilə stadionundakı saatı 15-ci dəqiqəyə iki dəqiqə qalmış söndürüblər. Lakin soydaşlarımız Azərbaycana qarşı yönələn müxtəlif tədbirlərlə tanış olduqları üçün məsələni dərhal başa düşüb, hər zaman olduğu kimi, 15-ci dəqiqədə gur səslə “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə” şüarını səsləndiriblər.





Bu xəbər oxucular tərəfindən 300 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed