Şrift:
Səhənd stadionunda Azərbaycan və Türkiyə bayraqları nümayiş etdirilib
27.10.2018 [12:20] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizin səhənd stadionunda “Traxtur” komandası tərəfdarları Azərbaycan və Türkiyənin bayraqlarını nümayiş etdiriblər.



Cümə günü “Traxtur”-“Sepidrud” görüşündə soydaşlarımız əllərində göy, qırmızı və yaşıl rəngli şarlar tutaraq Azərbaycanın üçrəngli müqəddəs bayrağını təsvir ediblər.



Stadionda bir neçə dəqiqə Türkiyə bayrağı da dalğalandırılıb.



“Traxtur” tərəfdarları hər kəsin diqqətini çəkən böyük plakat da nümayiş etdirib. Türklərin birliyinə işarə edən plakata “Var olsun böyük Türkistan – Türkmən, Qaşqay və Azərbaycan” sözü yazılıb.



Təhlükəsizlik qüvvələri “Traxtur” yarışlarında stadiona Azərbaycan və Türkiyə bayraqları, həmçinin yazılı banner və plakat gətirməyə icazə vermir, buna baxmayaraq soydaşlarımız əksər yarışlarda türk bayraqları və plakatlar nümayiş etdirir.



“Traxtur”-“Sepidrud” görüşü 2:1 hesabı ilə Azərbaycan komandasının xeyirinə yekunlaşıb.
Bu xəbər oxucular tərəfindən 226 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed