Şrift:
Gün var ki, yüz ilə bərabər olur
29.10.2018 [09:46] - Köşə yazarları, Mədəniyyət
Məndən soruşmadan halımı yazın,
Mən də ayırd edim, daha nə yazım.
Mənim təriflərə ehtiyacım yox,
Elmdir,təhsildir söhbətim, sözüm.
***
Söz qanmaz adamlar adam deyillər,
Niyə hələ qalıb cındlır, veyillər?...
Adamın alçağı alçaqlıq deyil,
Gərək pislənilsin alçaq meyillər...
***
DÜNYA gəlir gedir, Süleyman yoxdur.
Adam var, zatında din, iman yoxdur.
Bu günün işini elə bu gün gör,
Vallah sabaha da heç güman yoxdur.
***
Salam ver,salam al, salamat ol ki,
Yaşasın həyatda tərəzi,ölçü.
Dünənki bildirçin qartal olanda
Öl ki,ölsün,getsin elə dünənki.
***
İnan, düz deyirəm,söz oynatmıram,
Öcağın içində köz oynatmıram.
Gedirəm,gəlirəm, yola baxıram,
Nüktəgirlik edib göz oynatmıram.
***
Yadıma düşəndə qırx ilin sözü,
Hələ axtarıram doğrunu,düzü.
Sabaha ümidin itməsin deyə
Gərək ümid olsun ümidin özü.
***
Ömür gəlir keçir, heç nə soruşmur,
İl var ki,günləri ilə qovuşmur.
Gün var ki, yüz ilə bərabər olur,
Gün var ki, bu günə bir quruş düçmür.
***
Yaşa, yaşamağın günah deyilsə,
Yaşamaq yanmaqdır...Yanmaq...Nə isə...
Sözdür də deyirlər, dil ki ətdəndir,
Sözün məlhəm olsun, çalış hər kəsə.
Nazim Nəsrəddinov.
Bu xəbər oxucular tərəfindən 198 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed