Şrift:
Azərbaycanın qadın güləşçiləri Avropa çempionatında medal hesabını açdılar
20.07.2012 [10:37] - Gündəm, İdman
Polşanın Katovitse şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı davam edir. Güləş Federasiyasının mətbuat xidmətinin verdiyi məlumata görə, 3-cü yarış günü qızlar mübarizəyə başlayıb və yığma komandamız artıq medal hesabını açıb - 65 kq çəki dərəcəsində çıxış edən Raqnetta Qurbanzadə Ukrayna, İsveç və Rusiya güləşçilərini məğlub edərək finala çıxıb, amma həlledici görüşdə Bolqarıstanlı rəqibinə uduzaraq qitə çempioantını gümüş medalla bitirib.

56 kq çəkidə mübarizə aparan Alyona Kolesnik isə 5-ci yeri tutub. Bu gün yeniyetmə qızlar arasında qalan 5 çəkidə qaliblər müəyyənləşəcək.
Bu xəbər oxucular tərəfindən 1195 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed