Şrift:
Həmsədrlər Paşinyanla müzakirə apardı
30.10.2018 [11:01] - Siyasət
ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Endrü Şefer (ABŞ), Stefan Viskonti (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Ancey Kasprşik Yerevana səfər çərçivəsində Ermənistanın baş naziri vəzifələrini icra edən Nikol Paşinyanla görüşüblər. Bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Məlumatda bildirilir ki, Ermənistanın baş naziri ATƏT-in Minsk qrupu missiyasının beynəlxalq ictimaiyyətin mandatına malik yeganə format olduğunu qeyd edib.

Tərəflər Düşənbə şəhərində Əliyev-Paşinyan görüşü və orada əldə edilmiş razılaşmalar barədə fikir mübadiləsi aparıblar.

Paşinyan sülh prosesinə uyğun atmosferin formalaşmasına imkan yaradacaq razılaşmalara və onların səmərəli reallaşdırılmasına riayət olunmasının əhəmiyyətini vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 164 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed