Şrift:
Pentaqon sözçüsü: "Türkiyə-ABŞ Münbic ətrafında ortaq əməliyyat keçirməyə hazırdır"
30.10.2018 [11:12] - Köşə yazarları, Hərb
“Münbiç rayonu ətrafındakı Türkiyə ilə ABŞ hərbçiləri hazırlıqları və ortaq əməliyyat təlimlərini başa çatdırıblar”.
Bunu Pentaqonun sözçüsü mayor Sön Robertson “Anadolu” agentliyinə müsahibəsində bildirib.
O, əməliyyatların keçiriləcəyi tarix ilə bağlı məlumat verməkdən yayınaraq, tədbirlərin “bir-iki gün içində”, yaxud “bir həftədən daha az müddətdə” başlaya biləcəyini vurğulayıb.
Sön Robertson Türkiyə-ABŞ hərbçilərinin ortaq əməliyyat keçirmə qabiliyyətlərinin sinxronlaşdırıldığını deyib.
Qeyd edək ki, Suriyanın Hələb əyalətinin Münbiç rayonunda terrorçu PKK qruplaşmasının “YPG/PYD” adlı qolları yerləşdirilib. Rəsmi Ankara Vaşinqtondan terrorçuların bölgədən çıxarılmasını istəyir.
Bu xəbər oxucular tərəfindən 166 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed