Şrift:
Kərim Əsgəri: Müxalifləri öldürməkdə İran Səudiyyə Ərəbistanından geri qalmır
30.10.2018 [11:23] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran rəsmiləri bir neçə gün əvvələ qədər dünya liderlərinin sərt dillə məhkum etdiyi Camal Xaşuqcinin qətli ilə əlaqədar sükut saxlayırdılar. "Amerikanın Səsi"nə müsahibə verən türk fəal və beynəlxalq əlaqələr eksperti Kərim Əsgərinin sözlərinə görə, İranın sükutunun əsas səbəbi budur ki, İran özü müxaliflərini qətlə yetirərək susdurmaqda Səudiyyə Ərəbistanından geri qalan deyil, bəlkə daha öndədir.

“Doğrudur, Səudiyyə Ərəbistanı ilə İran artıq rəqiblikdən keçib, birə-bir düşmən halına gəliblər. Amma İran rəsmilərinin səssiz qalmasının nədənlərindən biri budur ki, İslam Respublikası da bir çox müxalifini xaricdə terrorla aradan götürüb... Yəni İranın özünün bu xüsusda keçmişi qaradır,” deyə Kərim Əsgəri söyləyir.

İslam Respublikasının xaricdə qətlə yetirdiyi müxaliflər və siyasi fəalların bir neçəsinə işarə edən ekspert deyir ki, “Səudiyyə Ərəbistanının beynəlxalq səviyyədə sərt təpkilərə hədəf olması İranın xeyrinə olur, amma İran özü müxaliflərini qətlə yetirməkdə Səudiyyənin önündə olduğu üçün məsələyə qarışmaq istəmir.”

Türk fəal Camal Xaşuqcinin qətlinə beynəlxalq təpkilərin müsbət olduğunu vurğulayır.

“Əgər BMT kimi beynəlxalq quruluşlar, bu cinayəti törədənlərin üstünə gedələr və cəzalandıralar, bu digər totalitar və diktator rejimlərə də ciddi bir dərs ola bilər... Bunun üçün iranlı siyasi fəallar da bu məsələni yaxından izləyirlər,” Kərim Əsgəri əlavə edir.

Müsahibənin Audiosunu dinləmək üçün qaynağımız olan aşağıdakı LİNK-ə müraciət edə bilərsiniz:
https://www.amerikaninsesi.org/a/k%C9%99rim-%C9%99sg%C9%99ri-m%C3%BCxalifl%C9%99ri-%C3%B6ld%C3%BCrm%C9%99kd%C9%99-iran-s%C9%99udiyy%C9%99-%C9%99r%C9%99bistan%C4%B1ndan-geri-qalm%C4%B1r/4630707.html
TIKLAYIN
N.S
Bu xəbər oxucular tərəfindən 192 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed