Şrift:
Türklər Qaşqay türklərinin komandasının görüşündə qürurverici birlik nümayiş etdiriblər
30.10.2018 [11:24] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Soydaşlarımız Qaşqay türklərinin komandasının Kərəcdə “Oksin Əlborz” komandası ilə qarşılaşmasında qürurverici birlik nümayiş etdirib.

Dünən bazar günü birinci dəstə yarışları çərçivəsində keçirilən görüş 2:1 hesabı ilə Şirazın Qaşqay Komandasının xeyirinə yekunlaşıb. Həmin görüşdə tamaşaçı qismində iştirak edən Azərbaycan və Qaşqay türkləri nümunəvi birlik sərgiləyib. Soydaşlarımız “Traxtur” və Qaşqay komandalarının bayraqlarını qaldıraraq hər iki komandaya dəstək veriblər.

Ötən cümə günü Təbrizin Səhənd stadionunda Güney Azərbaycanın “Traxtur” və Rəştin “Sepidrud” komandaları arasında keçirilən görüşdə isə məzmunca türkmən, qaşqay və Azərbaycan türklərinin birliyini əks etdirən plakat qaldırılmışdır.
Türklər Qaşqay türklərinin komandasının görüşündə qürurverici birlik nümayiş etdiriblər
Qeyd edək ki, Şiraz, Kohkiluye və Boyirəhməd, Çaharmahal və Bəxtiyari, Xuzistan, İsfahan, Fars, Qum, Mərkəzi və Buşehr əyalətlərində yaşayan Qaşqay türkləri İranda ən böyük türk topluluqlarından biridir. Qaşqay türklərinin sayı barədə dəqiq statistik məlumat olmasa da, onların İranda 2-3 milyon əhalisi olduğu təxmin olunur.
Türklər Qaşqay türklərinin komandasının görüşündə qürurverici birlik nümayiş etdiriblər
Bu xəbər oxucular tərəfindən 228 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed