Şrift:
Bakıda Heydər Əliyev Mərkəzində yanğın söndürülüb
20.07.2012 [12:44] - Gündəm, Hadisə
Bakıda Heydər Əliyev Mərkəzi yanır.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Nərimanov rayon yanğından mühafizə şöbəsindən verilən məlumata görə, bu saatlarda Mərkəzdə yanğın başlayıb. Yanğınla bağlı 4-cü dərəcəli çağırış elan edilib.

Hadisə yerine bir neçə yanğınsöndürən maşın cəlb olunub. Hazırda yanğının söndürülməsi üçün təcili tədbirlər görülür.
Trend-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, yanğının söndürülməsi üçün 10-a yaxın yanğınsöndürən maşın cəlb olunub. Yanğının qarşısını almaq, ətraf ərazilərə yayılmamsı üçün müvafiq tədbirlər görülür. Hadisə yerinə əlavə qüvvələr cəlb olunub. Ərazidə təhlükəsizlik tədbirləri görülür. Ərazi polis əməkdaşları tərəfindən mühasirəyə alınıb.
Trend-in hadisə yerində olan əməkdaşının məlumatına görə, yanğının söndürülməsinə helikopterlər cəlb olunub.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Nərimanov rayon yanğından mühafizə şöbəsindən Trend-ə deyiblər ki, yanğının səbəbləri hələki məlim deyil.
Xəsarət alanların olub-olmaması barədə məlumat verilmir.
Bu xəbər oxucular tərəfindən 1413 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed