Şrift:
Azərbaycan ilə Qazaxıstan arasında ticarət, investisiya qoyuluşu sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib
31.10.2018 [10:37] - Türk dünyası-Turan
Astanada səfərdə olan Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Qazaxıstanın investisiyalar və inkişaf naziri Jenis Kasimbek arasında görüş keçirilib.

Görüşdə ölkələrimiz arasında ticarət, investisiya qoyuluşu, ixrac və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Qeyd edilib ki, 2018-ci ilin 8 ayında iki ölkə arasında ticarət dövriyyəsi 2 dəfə artaraq 168 milyon dollar olub. 2017-ci ilin eyni dövrü ilə müqayisədə bu rəqəm 81,5 milyon dollar olub.

Pərviz Şahbazov hökumətlərarası komissiyanın iclaslarının keçirilməsinin, müxtəlif sahələrdə tərəfdaşlar arasında əlaqələrin qurulmasının və iki ölkənin işgüzar dairələrinin görüşlərini təşkil etməklə əlaqələrin dərinləşməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, oktyabrın 31-də Astanada Azərbaycan-Qazaxıstan ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 15-ci iclası keçiriləcək.

İlahə Əhmədova
Bu xəbər oxucular tərəfindən 213 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed