Şrift:
Daşkənddə “Xalqların adət-ənənələri” adlı festival təşkil edilib
31.10.2018 [11:10] - Mədəniyyət
Daşkənddəki Mirzə Uluqbəy adına parkda “Xalqların adət-ənənələri” adlı festival keçirilib.

Tədbirdə paytaxtda yaşayan müxtəlif xalqların nümayəndələri öz adət-ənənələri və milli mətbəxlərini nümayiş etdiriblər.

Festivalda ölkəmizi Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib.

Tədbirdə Mədəniyyət Mərkəzinin əməkdaşı Salama Fətəliyeva Azərbaycan xalqının zəngin milli mədəni iris, adət-ənənələri, incəsənəti, son beş ildə təmsil etdiyi qurumun həyata keçirdiyi layihələr, AMM-nin təşəbbüsü ilə Azərbaycanın tanınmış ədiblərinin özbək dilinə tərcümə olunmuş əsərləri ilə bağlı məlumat verib və gələcək planlardan danışıb.

Sonra tədbir konsert proqramı ilə davam edib. AMM-nin nəzdində fəaliyyət göstərən “Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi, “Qardaşlıq” qrupunun solisti Yusif Əliyev isə muğam və xalq mahnılarımızı ifa edib.

Bundan əlavə tədbirə gələnlər plov və şirniyyatlarımıza qonaq olublar.

Qulu Kəngərli
Bu xəbər oxucular tərəfindən 194 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed