Şrift:
Antoni Stokes: Təbrizdə hamı “Traxtur” komandasından danışır
31.10.2018 [11:12] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizin “Traxtur” futbol komandasının irlandiyalı hücumçusu Antoni Stokes, oyunçusu olduğu komandanın azərbaycanlılar tərəfindən çox sevildiyini deyib.

O bu barədə “Xəbəronlayn” xəbər agentliyinin müxbirinə danışıb.

““Traxtur” böyük və çox tərəfdara malik olan bir komandadır. Təbrizdə hər yerdə “Traxtur”dan danışırlar. Yaşlılar, gənclər, hər kəs bu komandadan bəhs edir. Bu mənim üçün də önəmli məsələdir. Düşünürəm ki, bu komandada uğur qazana bilərəm.
Bu mövsümdə “Traxtur”u seçdiyimdən xoşhalam, bu mənim üçün çox yaxşıdır. Ona görə ki, oynadığın komandanın çox tərəfdarı var və böyük bir klubdur”- deyə o bildirib.

Ulduz futbolçu Azərbaycan komandasının İran super liqasında uğur qazana biləcəyinə də işarə edib. “Təkcə mənim uğur qazanmağım önəmli deyil. Şübhəsiz ki, istərəm bu mövsümdə 25-dən çox qol vurum və qol vurmaq üzrə birinci olum. Lakin ən önəmli məsələ odur ki, klub çempion olsun və qarşısına qoyduğu hədəflərə çatsın. Bizim mövsümün əvvəlində bəxtimiz gətirmədi və müəyyən xallar itirdik. Lakin vəziyyətimiz artrıq dəyişib və getdiyimiz yolda uğur qazanmaq və hətta çempion olmaq imkanı var. Əminəm ki, gələcək həftələrdə daha sürətlə hədəfə doğru hərəkət edəcəyik”- deyə “Traxtur”un oyunçusu qeyd edib.

Antoni Stokes İrlandiya milli komandasının keçmiş oyunçusudur, o hazırda super liqa yarışlarında İran üzrə ən çox qol vuran oyunçudur. “Traxtur” tərəfdarları tərəfindən çox sevilən ulduz futbolçu ötən günlərdə klubla bağladığı 2 illik müqaviləni daha 2 il uzadıb. O müqaviləyə əsasən gələcək 4 ildə “Traxtur” komandasında oynayacaq.

N.S
Bu xəbər oxucular tərəfindən 197 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed