Şrift:
“Xaricdəki iş adamlarımız Qarabağın təbliği üçün bu imkandan istifadə etməlidir”
31.10.2018 [15:14] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Müasir dünyamızda reklamın çox böyük rolu var və biz bundan mümkün qədər faydalanmalıyıq”

Bir müddət bundan öncə Rusiyada istehsal olunan kibrit qutularının üzərində Qarabağın Azərbaycana mxəsusluğu ilə bağlı yazıların yer alması böyük maraqla qarşılanıb.

Azərbaycanın xarici ölkələrə ixrac etdikləri məhsullar, habelə xarici ölkələrdəki soydaşlarımızın istehsal etdikləri məhsullar üzərində Qarabağın Azərbaycana məxsusluğu ilə bağlı yazı və lövhələrin yer alması Qarabağ həqiqətlərinin təbliği baxımından nə dərəcədə zəruridir? Qarabağ uğrunda mübarizədə bu imkandan da geniş şəkildə istifadə etmək məqsədəuyğun olmazmı?

Moderator.az-a açıqlama verən millət vəkili Fərəc Quliyev bunun zəruri olduğunu qeyd etdi:

“Hazırda dünyamızda reklamın çox mühüm rolu var. Bir ara qalstuklar istehsal olunmuşdu ki, orada Qarabağın Azərbaycan ərazisi olması ilə bağlı informasiya yer almışdı. Qeyd etdiyiniz kimi, hesab edirəm ki, dünyanın harasında azərbaycanlı iş adamları varsa, istehsal etdikləri məhsulların üzərində Qarabağın Azərbaycana məxsusluğunu qeyd etmələri çox faydalı bir addım olardı. Əgər bizim iş adamları hansısa idman və ya intellekt yarışlarına sponsorluq edirlərsə, orada da müəyyən loqolarla çıxış etmək, Qarabağın Azərbaycana məxsusluğunu təbliğ etmək olar. “Qarabağ” futbol klubu xarici ölkələrə səfər edəndə, orada görüşlər keçirəndə oradakı reklam lövhələrindən də bu məqsədlə istifadə etmək mümkündür. Hesab edirəm ki, biz bu imkandan da Qarabağın Azərbaycana məxsusluğunu təbliğ baxımından istifadə etməliyik”.

Seymur ƏLİYEV
moderator.az
Bu xəbər oxucular tərəfindən 700 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed