Şrift:
Azərbaycanla Dağıstan arasında müntəzəm dəmir yolu əlaqəsi yaradılır
01.11.2018 [11:05] - Dərbənd
Dağıstan və Azərbaycan arasında müntəzəm dəmir yolu əlaqəsi yaradılacaq. Bunu jurnalistlərlə keçirdiyi görüşdə Dağıstan Respublikasının rəhbəri Vladimir Vasilyev bəyan edib:



"Bizim böyük nəqliyyat imkanlarımız var. Bakı ilə daimi dəmir yolu əlaqəsi quracağıq. Bu layihənin xalqın mənafeyinə çalışması üçün heç bir maneə görmürəm. Və bu bizim iqtisadiyyatımızı da inkişaf etdirəcək".



2018-ci ilin aprel ayının əvvəlində Dağıstan və Rusiya Dəmir Yolu rəsmiləri Mahaçqala-Bakı marşrutu üzrə yeni dəmir yolu xətti layihəsini nəzərdən keçiriblər.



Hazırda Moskva-Bakı, Rostov-Bakı və Xarkov-Bakı istiqamətləri üzrə qatarlar Mahaçqaladan keçməklə hərəkət edir.
Bu xəbər oxucular tərəfindən 31154 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed