Şrift:
“Brexit”lə bağlı önəmli razılaşma əldə olundu
01.11.2018 [11:07] - Siyasət
Böyük Britaniya baş naziri Tereza Mey ölkəsinin Avropa Birliyindən çıxması ilə bağlı önəmli razılaşma əldə edib.



Modern.az “The Times”a istinadən xəbər verir ki, tərəflər arasında əldə olunan razılaşmaya əsasən, Britaniya şirkətləri Avropa Birliyi bazarına sərbəst çıxış əldə edəcək. Bunun qarşılığında rəsmi London maliyyə sahəsindəki qanunları Avropa normalarına uyğun saxlamalı olacaq.



“Brexit”lə bağlı tam razılaşmaya mane olan əsas amil İrlandiya ilə sərhədlərin müəyyən olunmasıdır. Böyük Britaniyanın “Brexit” üzrə naziri Dominik Rabb bütün çətinliklərə rəğmən razılaşmanın qısa müddətdə həll olunacağını deyib.


“Fərqli yanaşmalara rəğmən, razılaşmanın əldə olunmasına ümid edirik”-deyə nazir açıqlama verib.



“Brexit”lə bağlı önəmli müqavilənin noyabrın 21-də əldə olunması gözlənilir.
Bu xəbər oxucular tərəfindən 176 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed