Şrift:
Kalqari 2026-cı il Qış Olimpiya Oyunlarının keçirilməsi ideyasından imtina edə bilər
01.11.2018 [11:27] - İdman
Kalqari 2026-cı il Qış Olimpiya Oyunlarına ev sahibliyi etmək ideyasından imtina edə bilər.

Kanadada Oyunların maliyyələşdirilməsi ilə bağlı fikir ayrılıqları əmələ gəlib. Bu səbəbdən də qiymətləndirmə komissiyası noyabrın 13-nə planlaşdırılan referendumun keçirilməsini mənasız hesab edir.

Kanada və Kalqarinin hakimiyyət orqanları Olimpiadanın təşkilinə sərf olunacaq xərcləri necə bölüşdürmək barədə razılığa gələ bilməyiblər. Oyunların keçirilməsinin ümumi xərci təxminən 4 milyard dollar dəyərləndirilir. Bu vəsaitin 60 faizini ölkə və şəhər hakimiyyət orqanları ödəməlidir. Bununla belə, federal hakimiyyət orqanları tələb olunan məbləğin yalnız yarısını ödəməyə hazırdırlar. Bu isə Kalqarini qane etmir.

Xatırladaq ki, Kalqari ilə yanaşı, Beynəlxalq Olimpiya Komitəsi Milan və Kortina-d’Ampetssonun birgə müraciətini, həmçinin Stokholmun namizədliyini qeydiyyata alıb.
Bu xəbər oxucular tərəfindən 192 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed